Kabildəki partlayışlarda 28 "Taliban" üzvü ÖLÜB
Kabildəki partlayışlarda 28 "Taliban" üzvü ÖLÜB
Əfqanıstanın paytaxtı Kabildə hava limanı yaxınlığında törədilən partlayışlar nəticəsində ölən 103 nəfərdən ən azı 28-i “Taliban” üzvü ölüb.
Xəbər verilir ki, bu barədə “Reuters” agentliyi “Taliban” nümayəndəsinə istinadən məlumat yayıb. "Amerikalılardan daha çox insan itirdik", - "Taliban" nümayəndəsi deyib.
Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən iki terror aktı həyata keçirilib. Son məlumatlara görə, hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib.
Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hərəkatı hadisəni şiddətlə qınayıb, günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.
Azadsoz.com